
Azərbaycandan ən çox ixrac olunan məhsullardan biri də xurmadır.
Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən il Azərbaycandan xarici ölkələrə 165 min ton xurma ixrac edilib.
İxracın ümumi dəyəri 127,2 milyon dollar təşkil edib. Əvvəlki illə müqayisədə xaricə ixrac olunan xurmanın həm miqdarı, həm də ixracdan əldə edilən gəlirdə artım qeydə alınıb.
Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13 132 hektar xurma bağı var. Xurma bağlarının böyük hissəsi - 12 774 hektarı ənənəvi üsulla, 358 hektar isə intensiv üsulla salınıb.
Ölkədə ən çox xurma bağları Göyçay (2450 hektar), Şəmkir (1842 hektar) və Ağdaşda (1467 hektar) rayonlarındadır. Balakən rayonunda 764 hektar, Goranboyda 762 hektar, Xaçmazda 758 hektar, Ucarda 703, Samuxda 637 hektar, Bərdədə 447 hektar, Ağcabədidə 360 hektar xurma bağı var.
Təkcə ötən il ölkəmizdə 323 hektar yeni xurma bağı salınıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 2022-ci ilə olan hesabatına görə, Azərbaycan dünyada xurma istehsalçıları və ixracatçıları arasında üçüncü yeri tutur. İlk iki yerdə Çin və Cənubi Koreyadır.
Azərbaycanda gəlirli meyvəçilikdən danışarkən xurma bağları son illərdə həm daxili bazarda, həm də ixracda ən çox üstünlük verilən istiqamətlərdən biridir. Xüsusilə intensiv bağçılıq sistemi ilə salınmış xurma bağları qısa müddətdə yüksək məhsuldarlıq və stabil satış imkanı yaradır.
Təcrübə göstərir ki, bazarda ən çox satışa uyğun xurma ağacları aşağıdakı sortlardır:
Rojo Brillant xurması — İri ölçülü, parlaq rəngli, bazarda görünüşünə görə çox tələb görən, ixraca yararlı sortdur.
Izu xurması — Erkən məhsul verən, dad keyfiyyəti yüksək olan yapon mənşəli sortlar.
Fuyu xurması — Dünyada ən məşhur xurma sortlarından biri olub, sərt quruluşu sayəsində daşınmaya davamlı və satış üçün çox əlverişlidir.
Bu sortlar intensiv əkimə uyğun olduğu üçün 1 hektar sahədən yüksək məhsul götürmək mümkündür. Eyni zamanda bu növlər bazarda tez realizə olunur, saxlanma müddəti uzundur və alıcı tələbi sabitdir.
Məhz bu səbəbdən, xurma bağı salmaq istəyən fermer və investorlar üçün bu sortlar ən sərfəli və gəlirli seçim hesab olunur.
Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır.
Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta 50%-lik dövlət dəstəyi ilə təqdii edilir, yəni bağın sığortalanması üçün hesablanmış sığorta haqqının 50%-ni fermerə dəstək üçün onun əvəzinə dövlət ödəyir, fermer isə bu məbləğin yalnız yarısını, cüzi məbləğ ödəməklə bağını sığorta edir.
Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən, o cümlədən, dolu, yanğın, torpaq sürüşməsi, qasırğa, fırtına, sel və subasma hallarından, eləcə də ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətlərindən sığorta edir.
Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir.
Məsələn, Göyçay rayonunda (mərkəzi Aran regionu – sığorta tarifi 2,18%) yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun baza sığorta zərfi üzrə sığota haqqı 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.
Bu məbləğ Quba-Xaçmaz bölgəsində 12 manat, Şəki-Zaqatala öregionunda 20 manat, Qazax-Tovuz və Gəncə-Daşkəsən bölgəsində 21,8 manat, Dağlıq Şirvan regionunda 14 manat, Mil-Muğan regionunda 10,9 manat, Lənkəran-Astara bölgəsində cəmi 11 manat təşkil edir.
Fermer və bağ sahibləri baza sığorta zərfindən başqa, əlavə ödəniş etməkdə xurma bağının, şaxtavurma (donvurma), doludan keyfiyyət itkisi, eləcə də bitki xəstəlikləri və ziyanvericililər kimi risklərdən də sığorta edə bilərlər. Eləcə də xurma bağının məhsulu ilə yanaşı, bağdakı ağacları da ayrıca sığorta etmək mümkündür. Bu zaman hadisə baş verərsə məhv olmuş ağaca görə, onun 3 illik məhsulunun dəyəri həcmində sığorta ödənişi verilir.
Bağımı yeniləmək üçün eyni vaxtda Rojo Brillant və Fuyu tingləri aldım. Düzünü desəm, bu qədər yüksək tutma faizi gözləmirdim. tingmmc həqiqətən öz işinin peşəkarıdır. Tinglərin qablaşdırılmasından tutmuş, çatdırılmasına qədər hər şey yüksək səviyyədə idi. Çox sağ olun, növbəti sifarişlərdə görüşənədək!
Fuyu xurması həm dözümlülüyü, həm də dadı ilə mənim favoritimdir. Bu tingləri tapmaq bəzən çətin olur, amma tingmmc bu məsələdə çox peşəkardır. Aldığım tinglər tam standartlara uyğundur. Artıq bağımın gələcəyinə arxayınam. Müştəriyə göstərilən diqqət və tinglərin keyfiyyəti 5 ulduza layiqdir!
Mənim üçün xurmanın tez yetişməsi vacib idi, ona görə Izu sortunu seçdim. tingmmc komandasına xüsusi təşəkkür edirəm ki, mənə məhz bu sortun üstünlüklərini izah etdilər və yüksək keyfiyyətli tinglərlə təmin etdilər. Tinglər gələndə çox təravətli idi, sanki elə indicə torpaqdan çıxmışdı. Hər kəsə tövsiyə edirəm.
Bağım üçün Rojo Brillant sortu axtarırdım, çünki bazarda ən çox tələbat olan, iri və cəlbedici xurmadır. Tingləri tingmmc-dən sifariş verdim. Gələn tinglərin kök sistemi çox sağlam idi, artıq hamısı bağda yerini tutub və gümrah inkişaf edirlər. Düzgün sort və sağlam ting üçün tək ünvanımdır, təşəkkürlər!
Website developed by: Mamedoglu Group
Rəşad Quliyev
Xurma tingində ən əsas məsələ calaq yerinin sağlamlığı və tingin qurumamasıdır. tingmmc-dən aldığım Izu və Rojo Brillant tingləri tam peşəkar qaydada hazırlanmışdı. Kök boğazı və gövdə çox möhkəmdir. Peşəkar fermerlərə və həvəskar bağbanlara bu mərkəzdən ting almağı məsləhət görürəm, peşman olmazsınız.