Bağ salınmasını planlaşdırın, ilkin hesablamalar aparın və mütəxəssisə müraciət edin.
Mədrəsə Azərbaycanın ən məşhur yerli şərablıq üzüm növlərindən biridir. Xüsusilə qırmızı şərab istehsalı üçün yüksək keyfiyyət göstəricilərinə malikdir. Bu növ isti və quru iqlim şəraitinə yaxşı uyğunlaşır və düzgün aqrotexniki qulluq olduqda yüksək məhsuldarlıq verir.
Xüsusiyyətləri
Şərablıq üzüm növüdür
Tünd rəngli, şəkərli gilələrə malikdir
Keyfiyyətli, aromatik qırmızı şərab verir
Salxımları orta ölçülü və sıxdır
Bazarda şərab istehsalçıları tərəfindən yüksək tələbat var
Aqrotexniki üstünlükləri
İsti iqlimə davamlıdır
Quraqlığa nisbətən dözümlüdür
Müxtəlif torpaq tiplərində yetişə bilir
Uzunömürlü və stabil məhsul verir
Ting seçimi
Mədrəsə üzüm bağı salarkən:
Sertifikatlı və sağlam tinglər seçilməlidir
Güclü kök sisteminə malik tinglərə üstünlük verilməlidir
Homogen tinglər istifadə olunmalıdır
Mədrəsə üzüm tingi şərabçılıq məqsədilə bağ salmaq istəyənlər üçün ən düzgün və gəlirli seçimlərdən biridir.
Website developed by: Mamedoglu Group