Bağ salınmasını planlaşdırın, ilkin hesablamalar aparın və mütəxəssisə müraciət edin.
Boyu və ömrü: Bitkinin boyu 3–5 metrə çatır, ömrü isə 100 ildən çox ola bilər.
Məhsula düşmə vaxtı: Əksər limon tingləri əkildikdən 2–4 il sonra meyvə verməyə başlayır.
Məşhur sortları: Meyer, Yeni Gürcüstan, Lisbon, Villa-Franka və Udarnik kimi təxminən 200-ə yaxın sortu mövcuddur.
İqlim və əkin bölgəsi: Azərbaycanda limonçuluq əsasən subtropik iqlimə malik Lənkəran-Astara zonasında (istehsalın 98%-i) inkişaf etdirilib. Soyuq və şaxtalı iqlimi olan bölgələrdə açıq havada əkilməsi risklidir; bu səbəbdən qışda qapalı və ya istixana şəraitinə keçirilə bilən dibçəklərdə/tüplərdə yetişdirilməsi tövsiyə olunur.
Qulluq və Əkin Qaydaları
Torpaq: Yaxşı drenaj olunmuş, qida maddələri ilə zəngin, əhəngli və qumlu-tınlı torpaqlara üstünlük verilir; ağır gilli torpaqlardan qaçınmaq lazımdır.
İşıq və hava: Günəşli, küləkdən qorunan və rütubətli mühiti sevir.
Əkin vaxtı: Açıq torpağa əkmək üçün ən əlverişli dövr yaz aylarıdır, lakin dibçəkdə olduqda ilin istənilən vaxtı yetişdirilə bilər
Website developed by: Mamedoglu Group