• Azərbaycan Respublikası, Balakən,Qullar kəndi.
  • +994514367770
Komandamız

Komandamız

Bağçılıq - əhalinin meyvələrə olan daxili tələbatını ödəmək üçün mədəni halda becərilən ağaclarda qısa müddətdə daha çox səmərə verməsini təmin etməyə istiqamətli, əhəmiyyətli bir fəaliyyətdir. Azərbaycan bağçılıq üçün ən əlverişli iqlim qurşağın üzərində yerləşir. Təbiətin bizə bəxş etdiyi bu imkanlardan istifadə edərək əhalinin və sənaye müəssisələrinin tələbatını ödəmək imkanlarına malikik.


Siz bağ salmaq, ən əsası tez bir zamanda keyfiyyətli və bol məhsullu əldə etmək istəyirsiniz? Keyfiyyətli məhsul əldə etmək üçün məhz yüksək keyfiyyətə malik, sağlam virussuz əkin materiallarından, becərmə zamanı düzgün texnologiyalardan istifadə etməklə bunları əldə etmək olar. Əhalinin sağlamlığını təhlükə altında qoyan bazarlarda satılan xaricdən gətirilən geni dəyişdirilmiş meyvələrin yerinə öz məhsullarımız ilə dəyişdirməyimizin tam zamanıdır. Bu məqsədlə 2012-ci ildə Balakən rayonunda fəaliyyətə başlayaraq “Tingcilik təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaratdıq. İlk gündən intensiv işlər apararaq müasir texnologiya sistemi ilə alma, armud, gilas və şaftalı bağları salındı. Eyni zamanda  meyvə bağlarının artırılması məqsədi ilə tingçilik təsərrüfatının qurulmasını qarşımıza məqsəd qoymuşduq və buna nail olduq. Belə ki, bir il ərzində sirkətimiz 50 minə kimi müxtəlif növ yüksək keyfiyyətli meyvə tingləri yetişdirmişdir. Burada yüksək məhsuldar alma növləri olan Qolden Delişes Smiti (ABŞ), Fudji Benni Soqun (Yaponiya), Elize(Hollandiya), Rubenola (Çexiya), Djonoqarin Morens (Almaniya) və bir çox digər məhsuldar meyvə növləri əkilərək yerli mühitə uyğunluğu öz təstiqini tapmışdır. 2012-ci ilin  sentyabrın 15-də sirkətimizdə keçirilən seminarın iştirakçıları bunun canlı şahidi oldular.


“Rayyan” MMC bundan sonrada fəaliyyətini genişləndirərəkhəvəskar bağbanlar və iş adamları üçün belə bağ təsərrüfatının qurulmasında köməkliq məqsədi ilə bağların salınması və tinglərin satışı kimi xidmətlər göstərəcəkdir. Şirkətimiz elmin nailiyyətlərindən istifadə edərək bağları ən son texnalogiyalar əsasında qurur və İsrailin “Netafin”, Ukyainanın “Jerelo”, Finlandiyanın  “Şeteliq” firmalarının istehsalı olan suvarma və dayaq sistemlərindən istifadə edir.

Komandamız
whatsapp