Yazın elə ilk günlərində meyvə bağlarında bir çox xəstəliklərə rast gəlmək olur. Ağacların çiçəklənmə ərafəsində zərərvericilərə, yarpaq xəstəliklərinə tez-tez rast gəlinir. Bu yaranan fəsadları aradan qaldırmaq üçün kimyəvi mühafizə tədbirlərini həyata keçirmək lazımdır. Bunun üçün ziyanverici həşaratlara qarşı, yarpaq xəstəliklərinə qarşı, müxtəlif alaq otlarına qarşı lazımı tədbir görülməlidir. Qeyd etdiyimiz kimi yaz aylarında daha çox zərərverici həşaratlara və xüsusəndə şaftalı ağaclarında yarpaq qıvrıqlığına rast gəlinir.
ŞAFTALIDA YARPAQ QIVRIQLIĞI Yaz möhsümündə sıx rast gəlinən xəstəliklərdən biri Şaftalida yarpaq qivriqliğiı xəstəliyidir. Bu xəstəliyyə qarşı vaxtında lazımı tədbirlər görmək lazımdır. Həmin xəstəliklə mübarizədə istifadə edəbiləcəyiniz preparatlar: 1.Bordeaux Caffaro. (Safa Tarm) Dərmanlama zamanı ilk növbədə hava şəraitin sakit, küləksiz olmasına nəzər yetirmək lazım. Ağac yarpaqların tam islanması təmin olunlamıdır. 2.Cupro-Cup (Safa Tarm) əsasən tumurcuqların qabarmağa başlayan dövürdə istifadə oluna bilər.
ZİYANVERİCİ HƏŞARATLAR. Ən geniş yayılmış ziyanverici meyvə çiçəkyeyəni, mənənələr, ağacovan (sariağacqurdu), meyvəyeyənlər, armudbirəsi, almagüvəsi, alma qanli mənənəsi, albalimilçəyi, yarpaq güvəsi, yarpaqbükənlər, tumurcuq tirtillari. Bitkilərin zərif budaqlarında, yarpaqlarında bəzən şirə kimi parlaq, yapışqanlı maddə olur. Bəzən də yarpağın şah damarını xortumu ilə qoparır və nəticədə, yarpaq bükülür. Mənənə həmin büküşün içərisində qidalanır və sürfə qoyaraq çoxalır. Ziyanverici həşəratları məhv etmək üçündür insektisidlər və akarisidlərdən istifadə olunur.
Mübarizə tədbirləri: 1. Comprador Oil –(Safa Tarm) böcəklərin qişliq yumurtalarina və sürfələrinə qarşi istifadə olunur. 2. Kral – (Safa Tarm) Mənənə, unlu bit və çiçəkyeyənə qarşi istifadə olunur. 3. Safmat SL 50- (Safa Tarm) İç qurdu, gənə, mənənə və bitlərə qarşi istifadə olunur.
ALMA İÇ QURDU XƏSTƏLİYİ Alma iç qurdu-qış aylarında ağacların catlamış qabıqları arasında sürfə şəklində qışlayan daxili qurd sürfələri Aprel ayının sonunda May ayının əvvəlində pupa çəklinə çevrilir. Mayın sonunda pupadan çıxan dişi kəpənəklər isti hava şəraitində yumurtlayırlar. Həmin yumurtalardan çıxan sürfə 4 saat ərzində meyvəyə girərək orda bəslənir və meyvəni tərk edir. Alma qurdu ilə zədələnmiş meyvələr tənəffüsə 2-3 dəfə çox şəkər sərf edir və çürüyür. Bu zərəvericinin zədələdiyi meyvələr adətən yerə tökülür. Mübarizə tədbirləri: Sarban 4, Grand-D(Safa Tarm) Bitkilərin vegetasiya dövründə zərərvericilərə qarşi istifadə olunur.
UNLU ŞEH XƏSTƏLİYİ Unlu şeh xəstəliyi- Ən çox yayılmış xəstəlik olub, bir çox göbələklər tərəfindən əmələ gəlir. Xəstəlik zamanı yarpaqların, budaqların, gövdələrin və qönçələrin üzəri un kimi ağ və ya bir qədər qonura çalan kiflə örtülmüş olur. Nəticədə, yarpaqlar bükülür, rəngləri ağımtıl olmaqla bitki zəifləyir və məhv olur. Həmin xəstəlik çox sürətlə digər ağaclara yayıla bilər. Bunun qarşısını almaq üçün vaxtında lazımı tədbirlər görülür. Mübarizə tədbirləri: Power Sulphur 80 WG(Safa Tarım) – kontakt təsirli tərkibi 80% kükürdən ibarət olan preparat tez suda həll olunan qranul formasındadır. Kobuz (Safa Tarım)– vegetasiya dövründə çilləmə üsulu ilə istifadə olunur.
QARA LƏKƏ (DƏMGİL) XƏSTƏLİYİ Qara ləkə (dəmgil) xəstəliyi– alma və armud ağaclarını yoluxduran xəstəlikdir. Onun ən qorxulu halı odur ki, xəstəlik tumurcuqların əmələ gəldiyi dövrdə başlasın. Xəstəlik hər iki bitkinin yarpaq, meyvə üzərində açıq yaşıl yağlı ləkə əmələ gətirir. Dəmgil xəstəlik törədiciləri çantalı göbələklərdir. Venturia inaegualis göbələyi almada, Venturia pirina göbələyi isə armudda dəmgil xəstəliyini törədir. Alma və armud bitkisində dəmgil xəstəliyinin infeksiya mənbəyi tökülmüş xəstə yarpaqlardır. Xəstəliyin inkubasiya müddəti 8-21 gün davam edir
Mübarizə tədbirləri: Cardazim 50 WP(Safa Tarım)– sistem təsirə malik olub tərkibində toz formasinda 500q/kq karbendazim vardir. Oxi-Cup(Safa Tarım)– suda tez həll olunan qranul formasinda 50 % mis (misoksixlorid) vardir. Scorpion(Safa Tarım)– lokal sistemik və translaminar xüsusiyətinə malik olub, tərkibində maye formasinda 250qr/l Difenokonazol vardir. Safa Captan(Safa Tarım)– kontak təsirli preparat olaraq tərkibində islanan toz formasinda 50% kaptan vardir. Sakozeb (Safa Tarm)– kontakt təsirli tərkibində islanan toz formasinda 80% mankozeb (62 % etilen bisditiokarbamat, 16 % manqan və 2 % sink vardir)
Alaq otlarına qarşı mübarizə Əkinçilikdə alaq otlarına qarşı istifadə olunan kimyəvi maddələr herbisidlər adlanır. Əkin sahələrində yayılan alaq otları sürətlə inkişaf edib bitkilərin işıqdan istifadə etməsinin çətinləşdirir, torpaqdan küllü miqdarda su və qida madələrini mənimsəməklə bitkilərin böyümə və inkişafını zəiflədir, məhsulun və məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur. Bunun üçün yaz və yay aylarında alaq otlarına qarşı kimyəvi mübarizə aparmaq lazımdı. Kimyəvi mübarizə zamanı hava şəraitinin küləksiz olmasına nəzər yetirmək lazımdı. Mübarizə tədbirləri: Knockdown 48 SL– birillik və çoxillik enliyarpaqlı və daryarpaqlı alaq otlarına qarşı istifadə olunur. Tərkibində 480gr/lt Glyphosate isopropylamin duzu vardır.
Əlavə məlumat üçün +994 51 436 7770 nömrəsinə zəng edin.