Müasir kənd təsərrüfatında gəlirliliyi artırmağın və su resurslarından səmərəli istifadə etməyin ən effektiv yolu damlama suvarma sistemləridir. Xüsusilə yeni salınan meyvə bağlarında və intensiv təsərrüfatlarda ənənəvi suvarma üsullarından istifadə etmək həm torpaq strukturu, həm də tinglərin inkişafı üçün ciddi risklər yaradır.
Yeni əkilmiş tinglərin kök sisteminin sürətlə inkişaf etməsi və maksimum tutma faizi göstərməsi üçün damlama suvarmanın rolunu təhlil edirik.
1. Suya Və Enerjiyə Maksimum Qənaət
Ənənəvi arx və ya gölləmə suvarma üsullarında suyun böyük hissəsi buxarlanır və ya ağacın kök zonasına çatmadan itkiyə gedir. Damlama suvarma sistemi isə suyu birbaşa bitkinin kök sisteminə mütəmadi və ölçülü şəkildə çatdırır. Bu texnologiya su sərfinə 50%-dən 70%-ədək qənaət etməyə imkan verir.
2. Kök Sisteminin Və Tinglərin Sürətli İnkişafı
Yeni əkilən fındıq, zeytun, badam və püstə tinglərinin kökləri ilk illərdə həssas olur. Torpağın normadan artıq sulanması köklərin havasız qalaraq çürüməsinə, az sulanması isə tingin qurumasına gətirib çıxarır. Damlama suvarma torpaqda optimal rütubət balansı saxlayaraq köklərin dərinə və sağlam şəkildə yayılmasına şərait yaradır.
3. Fertiqasiya: Gübrələrin Birbaşa Köklərə Çatdırılması
Damlama sistemlərinin ən böyük üstünlüklərindən biri de fertiqasiya, yəni suda həll olunan gübrələrin su ilə birgə bitkiyə verilməsidir. Bu üsulla:
Gübrə itkisi minimuma enir.
Bitki qida maddələrini mənimsəməkdə çətinlik çəkmir.
İşçi qüvvəsinə və gübrə xərclərinə ciddi qənaət olunur.
4. Torpaq Strukturunun Qorunması Və Otlarla Mübarizə
Ənənəvi suvarma zamanı torpağın üst qatı bərkiyir, qaysaq əmələ gəlir və köklərin oksigen alması çətinləşir. Damlama sistemində torpaq strukturu pozulmur. Eyni zamanda, su yalnız tingin dibinə verildiyi üçün sıralararasında alaq otlarının kütləvi bitməsinin qarşısı alınır.
Yüksək Məhsuldar Bağlar Üçün Sağlam Bünövrə: Ting MMC
Keyfiyyətli suvarma sistemi ilə yanaşı, bağın müvəffəqiyyəti birbaşa seçilən tinglərin sağlamlığından asılıdır. Ting MMC olaraq, müasir damlama suvarma sistemlərinə tam uyğunlaşdırılmış, kök sistemi güclü və sertifikatlı meyvə tingləri təqdim edirik.
Təsərrüfatınız üçün doğru ting sortlarını seçmək və bağ planlaması aparmaq üçün tingmmc.com saytımıza daxil ola bilərsiniz.
(0) Şərhlər