Tərəfimizdən salınan qoz bağları aqrotexniki qaydalara tam uyğun şəkildə qurulur. Torpaq analizi, yüksək keyfiyyətli ting seçimi, düzgün əkilmə məsafəsi və müasir suvarma sistemi nəzərə alınaraq məhsuldar və uzunömürlü bağların salınması təmin edilir. Qoz ağaclarının sağlam inkişafı, güclü kök sistemi formalaşdırması və yüksək məhsul verməsi üçün bütün aqrotexniki işlər peşəkar nəzarətlə həyata keçirilir. Məqsədimiz yüksək gəlirli və dayanıqlı qoz bağlarının qurulmasını təmin etməkdir.


