Tərəfimizdən salınan gilas bağları aqrotexniki qaydalara tam uyğun şəkildə qurulur. Torpaq analizi, yüksək keyfiyyətli ting seçimi, optimal əkilmə məsafəsi və müasir suvarma sistemi nəzərə alınaraq məhsuldar və uzunömürlü bağların salınması təmin edilir. Gilas ağaclarının sağlam inkişafı, güclü kök sistemi formalaşdırması və bol məhsul verməsi üçün bütün aqrotexniki işlər peşəkar nəzarətlə həyata keçirilir. Məqsədimiz yüksək gəlirli, keyfiyyətli və dayanıqlı gilas bağlarının qurulmasını təmin etməkdir.



