Tərəfimizdən salınan fındıq bağları aqrotexniki qaydalara tam uyğun şəkildə qurulur. Torpaq analizi, keyfiyyətli ting seçimi, optimal əkilmə sxemi və müasir suvarma sistemi nəzərə alınaraq yüksək məhsuldarlıq hədəflənir. Bağların sağlam inkişafı, xəstəliklərə davamlılığı və uzunömürlü olması üçün bütün aqrotexniki tədbirlər peşəkar nəzarətlə həyata keçirilir. Məqsədimiz yüksək məhsul verən, gəlirli və dayanıqlı fındıq bağlarının salınmasını təmin etməkdir.




