Tərəfimizdən salınan alma bağları aqrotexniki qaydalara tam uyğun şəkildə qurulur. Torpaq analizi, keyfiyyətli ting seçimi, optimal əkilmə məsafəsi və müasir suvarma sistemi nəzərə alınaraq yüksək məhsuldarlıq hədəflənir. Bağların sağlam inkişafı və bol məhsul verməsi üçün bütün işlər peşəkar nəzarətlə həyata keçirilir.


