Samşit sıx, xırda və parlaq yarpaqları, formaya çox asan salınması və həmişəyaşıl quruluşu ilə bağ və landşaft dizaynında ən klassik və dəyərli dekorativ kol bitkilərindən biridir. Canlı hasar, bordür, fiqurlu budama və dizayn elementləri üçün ideal seçimdir. Şəhər şəraitinə və budamaya yüksək davamlıdır.