Leylandr sərvi sürətli böyüməsi, sıx və hündür forması ilə ən çox seçilən canlı hasar bitkilərindən biridir. Həyətlərin əhatələnməsi, külək və səsdən qoruyucu zolaqların yaradılması, həmçinin landşaft dizaynında fon bitkisi kimi geniş istifadə olunur. Dörd fəsil yaşıl qalır və çox az qulluq tələb edir.
-Həmişəyaşıl və ilboyu yaşıllıq verir -Sürətlə böyüyən və sıx quruluşlu -Canlı hasar üçün ideal seçim -Külək, səs və tozdan qoruyucu rol oynayır -Quraqlığa və soyuğa davamlı -Bağ, həyət, park və geniş sahələr üçün uyğundur -Az baxım tələb edir və uzunömürlüdür