Mənşə: İtaliya Tətbiq sahəsi: Əsasən qida sənayesində – xüsusilə şokolad və qənnadı məmulatlarında istifadə olunur.
Aqrotexniki xüsusiyyətlər:
Bitki forması: Güclü boy atan, orta sıxlıqda tac əmələ gətirən kolşəkilli ağac. Tozlanma: Öz-özünü tozlandıra bilir, lakin daha yüksək məhsuldarlıq üçün Tonda di Giffoni və Tonda Gentile Romana növləri ilə birlikdə əkilməsi tövsiyə olunur. Çiçəkləmə vaxtı: Erkən yazda. Meyvənin yetişmə vaxtı: Avqustun sonu – sentyabrın əvvəli. İqlimə davamlılıq: Soyuğa və xəstəliklərə qarşı dözümlüdür. Torpaq tələbi: Yaxşı drenajlı, üzvi maddələrlə zəngin torpaqlarda daha məhsuldardır.
Meyvə xüsusiyyətləri:
Forma: Dairəvi və ya bir qədər yastı. Qabıq: Qalın, lakin asan qırılan. Ləpə: Böyük, dadlı və aromatik; ləpə faizi yüksəkdir (~45-50%). Məhsuldarlıq: Stabil və yüksək məhsuldarlığa malikdir.
Əkin sıxlığı:
Tövsiyə olunur: 1 hektara təxminən 650–700 ağac Aralıq məsafə: 5x3 metr və ya 6x3 metr
Üstünlükləri:
Yüksək keyfiyyətli ləpə Davamlı məhsuldarlıq Ticarət baxımından dəyərli növ Mexaniki yığım üçün uyğundur