Diksoniya palması əslində palma tipli görünüşə malik nadir ağac qıjısıdır. Qalın gövdəsi, yuxarıda açılan iri lələkvari yarpaqları ilə bağ və landşaft dizaynında tropik və ekzotik abu-hava yaradır. Parklar, villalar, hotellər və iri həyətlər üçün xüsusi dekorativ dəyərə malikdir. Rütubəti sevir və mülayim iqlimdə çox gözəl inkişaf edir.