• Azərbaycan Respublikası, Balakən rayonu
  • +994514367770
Haqqımızda

Haqqımızda

“Tingcilik təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 2012-ci ilin may ayında Balakən rayonunda öz fəaliyyətinə başlamışdır. Bağçılıq təsarrüfatının yaradılması barədə fikir bir neçe il əvvəl yaranmışdır. Lakin bizi düşündürən əsas məsələlərdən biri bəstəboy ağacların bizim regionda yetişməsi və məhsuldarlığa gəlməsi üçün əlverişli torpaq və hava şəraitinin olub olmaması idi. Bu barədə rayonda əvvəl işləmiş aqranom mütəxəsislərin tam fərqli fikirlər söyləməsinə baxmayaraq biz xaricdən mütəxəsislər dəvət edərək yenidən araşdırmalar aparmağa başladıq. Araşdırmalar nəticəsində mütəxəsislər belə qərara gəldilər ki, rayonumuz bəstəboy ağacların əkilməsi və intensiv bağçılığın inkişafı üçün hər bir iqlim şəraitinə malikdir.

2012-ci ildən fəaliyyət göstərən “Tingcilik təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti  Azərbaycanın ən böyük “Fermerlərə xidmət mərkəzi” olaraq kənd təsərrüfatı sahəsində hər növ xidməti göstərməkdədir. “Tingcilik təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətin missiyası müştərilərə düzgün seçim üçün yardım etmək və onların müasir, keyfiyyətli, sağlam meyvə bağlarına sahib olmalarıdır. “Fermerlərə xidmət mərkəzi” olaraq aşağıdakı xidmətlər fermerlərə təklif edilir:

1.Bütün növ meyvə tinglərinin açıq köklü və dibçəkdə satışı
2.İntensiv bağların qurulması
3.Bağlara hər növ aqro-texniki xidmətlərin göstərilməsi
4.Damlama-Suvarma sistemlərinin satışı və quraşdırılması

 Əlavə məlumat üçün +994 51 436 7770 nömrəsinə zəng edin.

 

Haqqımızda
whatsapp